ABŞ gəmiləri ilə birlikdə Qırmızı dənizdə husilərin indiyədək ən böyük hücumunun qarşısını alıb

10-01-2024, 14:00 3 dəfə baxılıb

Böyük Britaniyanın “HMS Diamond” esminesi ABŞ gəmiləri ilə birlikdə Qırmızı dənizdə husilərin indiyədək ən böyük hücumunun qarşısını alıb.

“azerinews.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps sosial şəbəkələrdə məlumat verib.

“HMS Diamond” esminesi “Viper” raketləri və topları ilə bir neçə pilotsuz uçuş aparatını məhv edib”, - o bildirib.

“Sky News” mənbələrə istinadən məlumat verib ki, Britaniya gəmisi 7 PUA zərərsizləşdirib.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı ABŞ və Britaniya donanmasının Yəmən husilərinin Qırmızı dənizin cənubuna atdığı 18 PUA və 3 raketi zərərsizləşdirdiyini bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031