NATO XİN başçılarının qeyri-rəsmi görüşü gələn il Türkiyədə keçiriləcək

5-04-2024, 14:14 131 dəfə baxılıb

 

NATO-nun 2025-ci ildə keçiriləcək qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı Türkiyədə keçiriləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO XİN rəhbərlərinin toplantısının nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O, Brüsseldə baş tutan iclasda Ukrayna və Qəzzadaki vəziyyət, terrorla mübarizə kimi mövzuların müzakirə edildiyini də qeyd edib. Hakan Fidan, həmçinin, NATO-nun baş katibi vəzifəsinə namizəd olan Hollandiyanın keçmiş baş naziri Mark Ruttenin yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031