Cənubi Koreyada it ətinin istehsalı və satışı qadağan ediləcək

10-01-2024, 16:24 4 dəfə baxılıb

Cənubi Koreyada 2027-ci ildən it ətinin istehsalı və satışı qadağan ediləcək.

“azerinews.az” xarici mediaya istinadən xəbər verir ki, ölkə parlamenti bununla bağlı qərar qəbul edib. 

Bununla da, Cənubi Koreyada əsrlər boyu tətbiq olunan bu təcrübəyə son qoyulacaq. 

208 deputat qanunun lehinə səs verib, daha 2 nəfər isə bitərəf qalıb. Məlumata görə, itin öldürülməsinə görə 3 il müddətinə azadlıqdan məhrumetmə və yaxud 30 milyon von (20 800 avro) dəyərində cərimə nəzərdə tutulacaq. Ətindən istifadə üçün itlərin yetişdirilməsi ilə məşğul olan şəxsləri isə 2 il həbs cəzası və yaxud 20 milyon von cərimə gözləyəcək. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930