Lukaşenko: İnformasiya və psixoloji müharibə vəziyyətindəyik

8-04-2024, 18:00 132 dəfə baxılıb

 

“Hakimiyyət ölkəni müharibədən qorumaq üçün bütün imkanları səfərbər edib”.

APA-nın “BELTA”ya istinadən xəbərinə görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O deyib ki, ölkə ərazisində hər hansı hərbi toqquşmaya imkan verilməyəcək.

Belarus lideri həmçinin xaricdəki müxalifət təmsilçilərini informasiya müharibəsi, habelə ölkədə vəziyyəti gərginləşdirməkdə ittiham edib:

“Bu qüvvələr gah Belarus ərazisində də “Crocus City” hadisəsinə bənzər terror aktının törədiləcəyi, gah da hərbi toqquşmanın baş verəcəyi barədə dezinformasiya yaymağa başladı. Əsas məqsəd ölkəmizə hərbi hücum və ərazilərimizin işğalı üçün zəmin yaratmaq idi. Onların daha bir planı isə bu məqsədlə xarici ölkələrin qoşunlarını cəlb etmək yolu ilə hakimiyyətin ələ keçirilməsi idi. İnformasiya və psixoloji müharibə vəziyyətindəyik. Bu qüvvələri silahlı münaqişənin tərəfdarları idarə edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031