Ukrayna Silahlı Qüvvələrinin iki komandiri işdən çıxarıldı - FOTO

9-04-2024, 15:21 138 dəfə baxılıb

 

Ukrayna Silahlı Qüvvələrinin “Cənub” və “Qərb” operativ komandanlıqlarının komandirləri Andrey Kovalçuk və Sergey Litvinov tutduqları vəzifələrdən azad ediliblər.

Bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Telegram” hesabında paylaşım edib.

“Cənub” operativ komandanlığının komandiri Andrey Kovalçuk və “Qərb” operativ komandanlığının komandiri Sergey Litvinov işdən çıxarılıblar”, - deyə o, paylaşımda bildirib.


Aleksey Qonçarenko, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin 59-cu briqadasının keçmiş briqada komandiri, polkovnik Gennadi Şapovalov “Cənub” operativ komandanlığının komandiri təyin edilib. “Qərb” operativ komandanlığına isə daha əvvəl ərazi müdafiə qüvvələrində xidmət etmiş briqada generalı Vladimir Şvedyuk komandir təyin olunub. Komandirlərin işdən çıxarılması və təyinatı ilə bağlı rəsmi sənədlər hələ dərc edilməyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930