Türkiyədə dollar yanvarın 11-də 29,99 TL, avro isə 33,08 TL səviyyəsini test edib

11-01-2024, 11:37 22 dəfə baxılıb

Türkiyə lirəsi (TL) xarici valyutalar qarşısında tarixi minimumu yeniləməkdə davam edir.

"azerinews.az" xəbər verir ki, Türkiyədə dollar yanvarın 11-də 29,99 TL, avro isə 33,08 TL səviyyəsini test edib. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 3,5%, son 6 ayda isə 15% bahalaşıb. Avroda isə müvafiq olaraq 5,8% və 15% bahalaşma müşahidə edilib.

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 29.91 TL, satış üzrə 29.96 TL müəyyən edib.

Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının yanvarın 11-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0567 manata ticarət edilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930