Tbilisidə etiraz aksiyası keçirilir

13-04-2024, 16:57 134 dəfə baxılıb

 

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Tbilisidəki qərargahı qarşısında etiraz aksiyası keçirilir.

“Azerinews.az” xəbər verir ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Mühafizəkarlar Hərəkatı/Alt-İnfo partiyasının minlərlə üzvü və tərəfdarı Gürcüstanın Milli Dövlət Reyestr Agentliyinin partiyanın qeydiyyatını ləğv etmək qərarına etiraz edirlər.

Xatırladaq ki, daha əvvəl Agentlik bu qərarı partiyanın qurultayında qəbul olunmuş nizamnamənin dövlət reyestrinə təqdim edilməməsi ilə izah edib.

Hazırda nümayişin keçirildiyi əraziyə polis qüvvələri səfərbər edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930