"Hökumət yumurtanın qiymətinin artmasını dayandırmaq üçün vaxtında idxala başlamayıb"-Putin

11-01-2024, 12:47 7 dəfə baxılıb

Rusiya Prezidenti Vladimir Putin ölkədə yumurtanın qiymətinin bahalaşmasının səbəbini açıqlayıb.

“azerinews.az” TASS-a istinadən xəbər verir ki, o bu barədə Uzaq Şərq Federal Dairəsinin sahibkarları ilə görüşündə danışıb.

Onun sözlərinə görə, hökumət yumurtanın qiymətinin artmasını dayandırmaq üçün vaxtında idxala başlamayıb. Putin qeyd edib ki, əhalinin gəlirləri az da olsa artıb və nəticədə istehlak da artıb: “Bizdə istehsal həcmi azalmayıb. İnsanlar daha çox yumurta, toyuq əti almağa başlayıb. Hökumət isə idxala vaxtında başlamaq barədə düşünməyib və nəticədə qiymətlər artıb. Buna görə də, çox diqqətli olmaq lazımdır”. 

Xatırladaq ki, “Rosstat”ın məlumatına görə, ötən ilin əvvəlindən Rusiyada yumurtanın qiyməti 52,94 % artıb. 2023-cü il dekabrın 12-dən 18-nə qədər isə yumurtanın qiyməti 4,62 faiz bahalaşıb. Bu dövr ərzində ölkədə 10 yumurtanın pərakəndə satış qiyməti 121,8 rubl (təqribən 2,30 AZN) təşkil edib. Bu qiymət səviyyəsi Rusiyada son 10 ildə qeydə alınan rekord göstərici hesab olunur. 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930