Qrossi: İranda nüvə silahı istehsalı üçün kifayət qədər zənginləşdirilmiş uran var

16-04-2024, 11:33 121 dəfə baxılıb

 “İranda külli miqdarda zənginləşdirilmiş uranın olması hələ nüvə silahı demək deyil”.

"Azerinews.az" ın xəbərinə görə, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

O əlavə edib ki, rəhbəri olduğu qurumun əlində rəsmi Tehranın nüvə proqramı barədə hər hansı informasiya yoxdur:

“Uran ehtiyatlarına malik olmaq hələ nüvə silahlı istehsal etmək anlamına gəlmir. Təbii ki, İranın əlində bu növ silahın istehsalına kifayət edəcək həddə zənginləşdirilmiş uranın olması beynəlxalq ictimaiyyətdə narahatlıq yaradır. Onu da qeyd edim ki, mən yaxın həftələrdə İrana səfər etməyi planlaşdırıram. Bu zaman yaranmış vəziyyəti normallaşdırmağa, eləcə də rəsmi Tehranla əməkdaşlığa cəhd edəcəyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930