Çexiyada göy öskürək kabusu: Rekord sayda yoluxma var

16-04-2024, 13:06 98 dəfə baxılıb

 Ötən həftə Çexiyada rekord sayda (1 494) göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb.

Bunu Çexiya Səhiyyə İnstitutunun saytında dərc olunan statistik məlumatlar göstərir.

Statistikaya görə, ölkədə son 65 ildəki ən dəhşətli göy öskürək epidemiyası güclənir. Keçən həftə həkimlər tərəfindən müəyyən edilən xəstələrin sayı bütün 2023-cü ildəki yoluxma hallarının sayından iki dəfə çoxdur.

Çexiyada bu ilin yanvar ayından bəri 7 888 göy öskürəyə yoluxma faktı təsdiqlənib. Sonuncu dəfə ölkədə bu xəstəliklə bağlı belə həyəcanverici vəziyyət 1959-cu ildə müşahidə olunub, o zaman 18 978 sakin xəstəliyə yoluxmuşdu.

Həkimlər ölkə sakinlərinə göy öskürəyə qarşı peyvənd etməyi şiddətlə tövsiyə edirlər. Amma hazırda Çexiyada cəmi dörd min ədəd peyvənd var. Onlar ilk növbədə uşaqlar və hamilə qadınlar üçün nəzərdə tutulub. Bu həftə Kanada və Fransadan Çexiyaya 90 min ədəd göy öskürək peyvəndi gətirilməlidir.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930