Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladıldı - Video

17-04-2024, 11:46 114 dəfə baxılıb

 

İrəvanda Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb. 

“Azerinews.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, partlayış hökumətin qərarı ilə həyata keçirilib.

Bildirilir ki, bina son illər ölkənin Dövlət Gəlirləri Komitəsinin balansında olub. Sözügedən tikilinin yerində komitənin inzibati binasının inşa edilməsi və xarici iqtisadi fəaliyyət mərkəzinin yaradılması planlaşdırılır. 

Qeyd olunur ki, 2022-ci ilin yayından evsiz qalan aztəminatlı ailələr boş olan bu binaya köçməyə başlayıblar. Buna baxmayaraq, ailələr 2023-cü ilin fevralında binadan çıxarılıb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031