Gürcüstan parlamenti “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini qəbul edib

17-04-2024, 15:21 113 dəfə baxılıb

 

Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyib.

"Azerinews.az" xəbər verir ki, parlamentin 83 deputatı qanun layihəsinin lehinə səs verib.

Qanun layihəsi “şəffaflığın təmin edilməsi məqsədilə” büdcəsinin 20%-dən çoxu xaricdən maliyyələşən QHT-lərin və media orqanlarının “xarici qüvvələrin maraqlarını həyata keçirən” hüquqi şəxs kimi reyestrdən keçməsi şərtini qoyur. Layihəyə əsasən, reyestrdən keçən hər bir təşkilat illik büdcə bəyanatı verməlidir.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası sözügedən qanun layihəsini aprelin 3-də parlamentə təqdim edib. Gürcüstanın əksər vətəndaş cəmiyyəti təşkilatları, ABŞ və Aİ də daxil olmaqla Qərb tərəfdaşları qanun layihəsinin qəbul edilməsinin əleyhinə çıxış edir. Paytaxt Tbilisidə bir neçə gündür etiraz aksiyaları keçirilir.

Gürcüstan Prezidenti Salome Zurabişvili isə hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsində israr etməsini təxribat adlandırmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930