Zurabişvili etirazla qarşılanan qanuna veto qoyacağını açıqladı

17-04-2024, 16:49 55 dəfə baxılıb

 Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.

“Azerinews.az” xəbər verir ki, o bu barədə “BBC” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, qanun layihəsi üçüncü oxunuşda qəbul edilərsə, ona veto qoyacaq. 

Xatırladaq ki, Gürcüstan parlamenti bu gün sözügedən qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəd hələ ikinci oxunuşda da qəbul olunmalıdır. Bununla bağlı dinləmələr mayın 17-də baş tutacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930