Almaniyanın vitse-kansleri Ukraynaya gözlənilməz səfər edib

18-04-2024, 11:57 127 dəfə baxılıb

 Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek Ukraynaya gözlənilməz səfər edib.

"Azerinews.az" RND-yə istinadən xəbər verir ki bu gün səhər saatlarında vitse-kansler qatarla Kiyevə gəlib.

"Ukraynalılar Putinin təcavüzünə qarşı öz müqəddəratını təyin etmək, eyni zamanda Avropanın dəyərləri uğrunda mübarizə aparırlar", - nazir deyib.

O bildirib ki, Ukraynanın müdafiə mübarizəsində uğur qazanması Almaniyanın əsas maraqlarına uyğundur. Habek səfərinin Almaniyanın Ukraynaya davamlı dəstək verməli olduğuna işarə olduğunu vurğulayıb.

Almaniya vitse-kanslerinin səfər proqramına Ukrayna Prezidenti Vladimir Zelenski ilə yanaşı, Baş nazirin müavini, iqtisadiyyat naziri Yuliya Svırıdenko və energetika naziri Herman Haluşşenko ilə görüşlər daxildir. Danışıqlarda Rusiyanın son vaxtlar Ukraynanın enerji infrastrukturuna qarşı intensivləşmiş hücumları müzakirə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031