Rusiyada hərbi təyyarə qəzaya düşdü - Video

19-04-2024, 11:03 117 dəfə baxılıb

 

Rusiyada “Tu-22MZ” tipli hərbi təyyarə qəzaya düşüb.

“Azerinews.az” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Stravropol vilayətinin Krasnoqvardeyski rayonunda qeydə alınıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

Qeyd edilir ki, üç pilot katapult edə bilib.Onlardan ikisi xəstəxanaya yerləşdirib, digərinin axtarışı aparılır.

İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.

***

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən qəzaya uğrayıb və sursatsız uçurmuş.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031