İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA

19-04-2024, 11:06 113 dəfə baxılıb

 “İranın nüvə obyektlərinə zərər dəyməyib”.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) öz “X” hesabında açıqlayıb. 

“AEBA İranın nüvə obyektlərinə zərər dəymədiyini təsdiq edə bilər. Agentliyin Baş direktoru Rafael Qrossi hər kəsi maksimum təmkin nümayiş etdirməyə çağırmağa davam edir və bir daha bildirir ki, nüvə obyektləri heç vaxt hərbi münaqişələrdə hədəf olmamalıdır. AEBA vəziyyəti diqqətlə izləyir”, - deyə paylaşımda qeyd olunub. 

Xatırladaq ki, bu gün dünya mediasında İsrailin İrana raket zərbəsi endirdiyi barədə məlumat yayılıb. Kəhcəvaristan şəhərində partlayış olduğu bildirilib. Sözügedən şəhərin yaxınlığında isə hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası yerləşir. Adı açıqlanmayan iranlı məmurlar ölkə ərazisinə raket zərbəsinin endirilmədiyini, qeydə alınan partlayışların İranın Hava Hücumundan Müdafiə vasitələrinin işinin nəticəsi olduğunu qeyd ediblər. Daha sonra isə “CNN” İranın nüvə obyektlərinin İsrail zərbələrinin hədəfi olmadığı barədə məlumat yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930