General helikopter qəzasında öldü

19-04-2024, 11:25 123 dəfə baxılıb

 Keniyanın ən yüksəkrütbəli hərbi zabiti general Frensis Omondi Oqolla ölkənin qərbində hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

 "Azerinews.az" BBC telekanalına istinadla xəbər verir ki, Oqolla helikopterdə 11 hərbçi ilə birlikdə olub. Onlardan yalnız iki nəfəri qəzadan sağ qurtara bilib.

 Keniya Prezidenti Uilyam Ruto helikopterin qəzaya uğramasından sonra təcili Təhlükəsizlik Şurasını çağırıb. Onun sözlərinə görə, qəza paytaxt Nayrobidən 400 kilometr şimal-qərbdə, Elgeyo Marakvet qraflığında, helikopterin havaya qalxmasından az sonra baş verib.

 Məlumatda bildirilib ki, hadisənin səbəbini müəyyən etmək üçün Keniya Hərbi Hava Qüvvələri tərəfindən təhqiqat qrupu yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031