Əfqanıstanın paytaxtı Kabildə Xorasani məscidinin yaxınlığında partlayış baş verib
Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
Məlumata görə, hadisə Kabilin Xeyirxan rayonunda, Əbu Müslüm Xorasani məscidinin yaxınlığında qeydə alınıb. Zərərçəkənlər barədə hələlik xəbər verilmir.
Xatırladaq ki, yanvarın 9-da Kabilin Aluxilo rayonunda mikroavtobus partladılıb, nəticədə üç nəfər həlak olub, 74 nəfər isə yaralanıb.
Mənbə: Mehrnews.com
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: