Bolqarıstanla Rumıniya Şengen vizaları verəcək

11-01-2024, 17:10 0 dəfə baxılıb

 Bolqarıstan və Rumıniya aprelin 1-dən etibarən qısamüddətli Şengen vizaları verməyə başlayacaq.

“azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “Schengen Visa Info” portalı yayıb.

Turistlər sözügedən vizalarla təyyarə və yaxud dənizlə Şengen sazişinə daxil olan ölkələrə səfər edə biləcəklər. Hər iki ölkə 90 günə qədər keçərli vizalar verə biləcək. 

Qeyd edək ki, Avropa İttifaqı 2023-cü il dekabrın 31-i Bolqarıstan və Rumıniya ilə dəniz və hava sərhədlərində nəzarəti ləğv etmək barədə qərar qəbul edib. Hazırda 27 dövlət Şengen sazişində iştirak edir ki, burada da vahid sərhəd nəzarəti sistemi mövcuddur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930