Gürcüstan bu il 1.3 milyon turist qəbul edib - 51.5 mini azərbaycanlılardır

22-04-2024, 16:05 78 dəfə baxılıb

 Gürcüstan 2024-cü ilin yanvar-mart aylarında 1,3 milyon beynəlxalq səyahətçi qəbul edib.

 "Azerinews.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Milli Turizm Administrasiyası bildirib.

 Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,6% artım deməkdir. Pandemiyadan əvvəlki göstəricilər 80,4% bərpa olunub.

 Türkiyədən Gürcüstana səyahət edənlərin sayı 17,6% artıb: 254 min nəfər. Rusiyadan gələnlərin sayı 16,1% (215,5 min) azalıb. İlk beşlikdə Ermənistan vətəndaşları (191,8 min), böyük fərqlə Azərbaycan (51,5 min) və İsrail (46,8 min) vətəndaşları var.

 Ölkəyə daxil olanların sayına görə lider Gürcüstan-Türkiyə sərhədindəki Sarpi, ikinci yerdə Gürcüstan-Rusiya sərhədindəki Kazbegi, sonra Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlo keçid məntəqəsi qərarlaşıb. 

 Ölkəyə hava yolu ilə gələnlər ümumi əcnəbilərin 38,7%-i həcmindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930