Azərbaycana noyabrda turist axını 25 % artıb

7-12-2023, 16:39 9 dəfə baxılıb

Bu ilin noyabr ayında Azərbaycana 170 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 % çoxdur.

"Azerinews.az" xəbər verir ki, bunu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Azərbaycan Turizm Sammiti 2023"də tədbirində Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Tədqiqat və inkişaf departamentinin rəhbəri Nicat Abbaslı bildirib.

"11 ay ərzində isə turist axını 1 il əvvələ nisbətən 30 % artıb. Doğrudur, pandemiyadan əvvəlki dövrlə müqayisədə 35 % azalma var. Amma azalmanın əsas səbəbi Gürcüstan və Rusiya ilə sərhədlərin bağlı olmasıdır. Amma 11 ayda ümumi turist xərcləmələri 2019-cu illə müqayisədə 6 %, 2022-ci illə müqayisədə 60 % artıb. Yəni turist xərcləmələrində canlanma var", - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930