"Əgər onlar bizə qarşı güc tətbiq etməyə cəhd etsələr, dərhal məhv ediləcəklər"

25-04-2024, 00:30 32 dəfə baxılıb

 “Cənubi Koreya Şimali Koreyaya qarşı güc tətbiq etməyə cəhd edərsə, məhv ediləcək”.

“Azerinews.az” Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya liderinin bacısı, Koreya İşçi Partiyasının təşviqat bölməsinin rəisinin müavini Kim Yo Çjon danışıb. 

O, Cənubi Koreya məmurlarını hürən itlə müqayisə edib: “Mən, əlbəttə, bilirəm ki, qorxan it yaxşı hürür, lakin son zamanlar koreyalı marionet hərbçilərin liderləri həddindən artıq dərəcədə hürürlər. Əgər onlar öz rəhbərlərinə etibar etmək istəsələr və bizə qarşı güc tətbiq etməyə cəhd etsələr, dərhal məhv ediləcəklər”.

Onun sözlərinə görə, regionda vəziyyət “düşmən qüvvələrin”, o cümlədən ABŞ-nin daimi hərbi manevrləri səbəbindən təhlükəli hal alır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930