Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar
Astronomlar aprelin 23-nə keçən gecə olduqca nadir günəş püskürməsini qeydə alıblar.
Qeyd olunub ki, ulduzda eyni vaxtda dörd yerdə partlayış baş verib. Yaxın günlərdə Yer kürəsində güclü maqnit qasırğası başlaya bilər.
Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) Günəş Dinamikası Rəsədxanasının məlumatlarına görə, partlayış Günəş səthinin Yerə baxan hissəsində baş verib.
Alimlərin fikrincə, ləkələr maqnit sahəsi xətləri ilə birləşdiyi üçün bu tip hadisə simpatik püskürmə adlanır. Onlardan biri püskürəndə digərlərində püskürmə baş verir.
Demək olar ki, bütün qeydə alınmış hallarda simpatik püskürmələr eyni vaxtda iki partlayışla məhdudlaşır, onların gücü zəif partayışdan maksimum “X” sinfinə qədər dəyişə bilər.
Bu halda söhbət supersimpatik püskürmədən gedir. Astronomlar hələ partlayışın ümumi gücünü təyin etməyiblər, lakin günəş plazmasının və radiasiyanın bir hissəsinin bir neçə gündən sonra Yerə çatması ehtimalı var.
Mənbə: spaceweather.com