Günəşdə güclü partlayış baş verib

16-02-2024, 22:30 0 dəfə baxılıb

 

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

Bu barədə məlumatı Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofiziki xidməti verib.

“Moskva vaxtı ilə saat 09:53-də (Bakı vaxtı ilə 10:53) 2 674 km/saat sürəti ilə rentgen diapazonunda II spektral tipli radio emissiyasının yayılması və qısa dalğalı radio rabitəsinin pozulması ilə müşayiət olunan və 16 dəqiqə davam edən X2.5 (S16W85) partlayışı qeydə alınıb”, - deyə məlumatda bildirilib.

Partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsiri mümkün beş səviyyədən üçüncüdə qərarlaşıb ki, bu da yüksək göstəricidir. İndi o, R1 (zəif) səviyyəsinə enib.

Bundan başqa, bu gün saat 05:51-də (Bakı vaxtı ilə 06:51) 3576 (S13W88) günəş ləkələri qrupunda rentgen diapazonunda daha bir M1.5 sinifli alışma qeydə alınıb və 18 dəqiqə davam edib.

“X” sinfinə aid partlayış mümkün beş səviyyədən ən güclüsüdür (A, B, C, M və X). O, əksər hallarda Günəşdə plazma emissiyalarına səbəb olur ki, bu da Yerdə maqnit qasırğasına səbəb ola bilər.

Mənbə: iz.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930