Ukraynada sərhədçilərin sayı 75 minə ÇATDIRILDI

24-04-2024, 13:25 123 dəfə baxılıb

 Ukrayna Ali Radası Dövlət Sərhəd Xidmətinin şəxsi heyət sayını 15 min nəfər artırıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Beləliklə, Ukrayna ərazisində hərbi vəziyyət ləğv olunana qədər Dövlət Sərhəd Xidmətinin əsgərlərinin ümumi sayı 75 min nəfərə qədər, o cümlədən 67 minə qədər hərbi qulluqçu olacaq.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031