KİV: Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

29-04-2024, 20:00 101 dəfə baxılıb

 Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

"Azerinews.az" ın “news.am”a istinadən xəbərinə görə, bu barədə adı açıqlanmayan mənbələrdən məlumat sızdırılıb.

O eyni zamanda, 9 may “Qələbə günü” münasibətilə keçiriləcək bayram tədbirlərinə də qatılmayacaq. Bildirilib ki, bununla o, ölkəsinin bir müttəfiq kimi Rusiyadan narazı olduğunu nümayiş etdirmək niyyətindədir.

Bununla belə, Ermənistanın hökumət başçısının Rusiyada yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10-cu sammitində iştirak edəcəyi açıqlanıb. Ermənistan Baş nazirinin mətbuat xidməti yayılan xəbərləri təsdiqləməyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 7-də rəsmən vəzifəsinin icrasına başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031