Ermənistanda yalnız əməkdar kollektiv” fəxri adı qalacaq

12-01-2024, 19:00 9 dəfə baxılıb

 Ermənistanda fəxri adlar ləğv ediləcək.

“azerinews.az” “Novosti Armeniya” portalına istinadən xəbər verir ki, Ermənistan parlamentinin Dövlət və Hüquq məsələləri üzrə Komissiyası ölkədə mədəniyyət xadimlərinin fəxri adlarının ləğvi ilə bağlı qanunvericilik paketini təsdiqləyib.


Qanunvericilik paketini təqdim edən Ermənistan ədliyyə nazirinin müavini Armeniu Arutyunyanın sözlərinə görə, hazırda ölkədə 17 fəxri ad mövcuddur: “Məsələn, xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar jurnalist, incəsənət xadimi, iqtisadi sahənin əməkdaşı. Bütün bunlar ləğv ediləcək və yalnız “əməkdar kollektiv” fəxri adı qalacaq”. 

O bildirib ki, bu adların professional inkişafa heç bir aidiyyəti yoxdur. 

Bununla belə, artıq xalq və əməkdar artist fəxri adına layiq görülənlərin statusu saxlanılacaq.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031