Gürcüstanda siyasi böhran: Baş nazir Prezidenti "satqın" adlandırıb

30-04-2024, 12:48 96 dəfə baxılıb

 Gürcüstanın baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilini satqın adlandırıb.

"Azerinews.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, baş nazir ölkə başçısını milli maraqlara xəyanətdə ittiham edib.

“Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstan prezidenti adlandırılan şəxs bu ölkəyə xaindir, sözün hərfi mənasında o, Gürcüstanın milli maraqlarına xəyanət edir”, - deyə İrakli Kobaxidze iddia edib.

 “Gürcü Arzusu”nun liderləri iddia edirlər ki, Zurabişvili Gürcüstanın və xalqın maraqlarına zidd olaraq vəziyyəti qarışdırmağa, inqilab təşkil etməyə və hakimiyyət dəyişikliyi olacağı təqdirdə ölkəni müharibəyə sürükləməyə çalışan “radikal müxalifət”ə qoşulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031