Ermənistan parlamenti “Artsax”dan imtina etdiyini TƏSDİQLƏDİ

30-04-2024, 14:37 90 dəfə baxılıb

 Xəbər verdiyimiz kimi, Ermənistan parlamenti müxalifətin “Hayastan” fraksiyasının hazırladığı “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında” bəyanat layihəsini rədd edib.

Hakim partiyanın parlament çoxluğu Ermənistanın 1 millimetrlik ərazisinin heç kimə verilmədiyini əsas gətirərək, sənədin müzakirəsindən imtina edib.

Bəyanat layihəsini 27 deputat dəstəkləyib, 51 deputat əleyhinə səs verib.

"Azerinews.az" ın  məlumatına görə, parlamentin “Hayastan” fraksiyasının deputatı Artsvik Minasyan deyib ki, sərhədin delimitasiyası və demarkasiyasına dair sənədin rədd edilməsi hakimiyyətdə olan partiyanın “Artsax”dan imtina etdiyini bir daha təsdiqləyib.

Minasyan Hakim partiyanın parlament çoxluğunu Azərbaycan arqumentləri ilə çıxış etməkdə suçlayıb.

Artsvik Minasyan onu da bildirib ki, “Hayastan” fraksiyasının təqdim etdiyi bəyanatda qeyd olunur ki, “Ermənistan və Azərbaycan arasında delimitasiya heç bir halda Dağlıq Qarabağ xalqının öz vətənlərinə qayıtmaq və Artsaxın statusunu müəyyən etmək hüququnu məhdudlaşdırmamalıdır”.

“Parlament çoxluğu “əleyhinə” səs verməklə Artsaxdan imtina etdiyini bir daha nümayiş etdirdi”, – Artsvik Minasyan vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930