Ermənistan İranla daha bir sənəd imzaladı

3-05-2024, 17:08 59 dəfə baxılıb

 İrəvanla Tehranın qarşılıqlı fəaliyyətində mədəni əməkdaşlıq xüsusi yer tutur. Bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Mehdi İmanpurla görüşdə deyib.

"Azerinews.az"  xəbər verir ki, bu barədə Ermənistan müvafiq nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan və İran arasında 2024-2027-ci illər üçün mədəni əməkdaşlıq proqramı imzalanıb. Ermənistan tərəfdən sənədi təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan imzalayıb.

Nazir Janna Andreasyan əmin olduğunu bildirib ki, bu proqramın həyata keçirilməsi hər iki ölkənin müxtəlif mədəniyyət müəssisələri, eləcə də yaradıcı qrupları arasında əməkdaşlığı genişləndirəcək və dərinləşdirəcək, Ermənistan və İranda keçirilən beynəlxalq mədəni tədbirlərdə iştirak edəcək, təcrübə mübadiləsi aparacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930