Finlandiya Rusiyadan hücum gözləyir? - DÖYÜŞ HAZIRLIĞI

6-05-2024, 12:35 113 dəfə baxılıb

 Finlandiya Rusiyanın mümkün hücumu qarşısında döyüş hazırlığını artırır.

"Azerinews.az" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

 "İstənilən NATO və Aİ ölkəsi arasında Rusiya ilə ən uzun sərhədə malik olan Finlandiya onilliklər ərzində qonşusunun mümkün hücumuna diqqət yetirməsi ilə yaxşı tanınır və nəticədə Qərb dünyasında bəlkə də bənzəri olmayan bir hazırlıq səviyyəsi var", - deyə qeyd olunub.

Finlandiya silahlı qüvvələrinin baş qərargah rəisinin silahlanma və maddi-texniki təminat üzrə müavini general-leytenant Mikko Heiskanen "Financial Times"a bildirib ki, Finlandiya bu yaxınlarda müharibə vəziyyətində avadanlıq istehsal etmək və ya xidmət göstərmək üçün özəl şirkətlərlə bağlanmış 1000-dən çox müqaviləni nəzərdən keçirib.

 "Biz uzunmüddətli böhrana hazır olmalıyıq... Biz bütün razılaşmaları yoxlamışıq, təkcə döyüş sursatı deyil, həm də digər materialların alınmasını yoxlamışıq. Strateji tərəfdaşlarımızın planlarını və hazırlığını yoxlayırıq", - Heiskanen bildirib.

 O qeyd edib ki, ölkənin əsas növ yanacaq və taxıl ehtiyatları 6 ay bəs edəcək, sığınacaqlar isə bütün ölkə əhalisinə çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930