Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

7-05-2024, 16:03 82 dəfə baxılıb

 Ukraynanın əks-kəşfiyyatı və Dövlət Təhlükəsizlik Xidməti (SBU) Ukrayna Prezidenti Vladimir Zelenski və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin digər nümayəndələrinə qarşı sui-qəsdi hazırlayan agent şəbəkəsini ifşa edib.

"Azerinews.az" "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar arasında Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin iki polkovniki də var. Qeyd olunub ki, bu şəxslər "fəaliyyətinə Moskvadan Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət edilən şəbəkəyə" Ukraynanın məxfi məlumatlarını sızdırıblar.

Məlumata görə, şəbəkə Vladimir Zelenski ilə yanaşı, SBU-nun rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digər məmurların həyatına qarşı sui-qəsd cəhdləri planlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031