Bayden Zelenskiyə döyüş strategiyası ilə bağlı mesaj göndərdi
ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskiyə Vaşinqtonun istəyini çatdırmaq niyyətindədir.
Vaşinqtonun istəyi isə Kiyevin müdafiəyə keçməsi ilə bağlıdır.
Bu barədə “Bloomberg” nəşrində yazı dərc olunub.
“Sallivan Prezident Co Baydenin mesajını çatdıracaq. Ağ Ev istəyir ki, Ukrayna öz döyüş strategiyasını dəyişsin - hücumdan müdafiəyə keçsin”, - deyə yazıda bildirilib.
Məqalə müəllifi qeyd edir ki, Zelenski bu barədə açıq danışmaq istəməsə də, belə bir qərarın niyə verildiyini anlayır.
“Ukrayna prezidenti münaqişənin dalana dirəndiyini inkar etməyi zəruri hesab edir, ona görə də ümidi “Sülh formulu”na qalır ki, bu formul Ukraynanın ərazi bütövlüyünü, onun üçün Avro-Atlantik təhlükəsizlik təminatları və Rusiyanın hərbi cinayətlərinin araşdırılması üçün xüsusi tribunalın yaradılmasını nəzərdə tutur”, - deyə müəllif qeyd edib.