Gürcüstanın namizədlik statusunun dayandırılması tələb olunur - Borrellə məktub

7-05-2024, 17:51 116 dəfə baxılıb

 Avropa Parlamentinin 30-dan çox deputatı Gürcüstanda baş verən hadisələrlə bağlı Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə açıq məktub ünvanlayıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı Avropa Parlamentinin üzvü Petras Austrevicius öz “X” hesabında paylaşıb.

Avropalı parlamentarilər məktubda ölkədə “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsinə cəhdləri və dinc nümayişçilərə qarşı güc tətbiq edilməsini tənqid ediblər. Onlar Borreli konkret addımlar atmağa çağırıb və Gürcüstanın Aİ-yə üzvlüyə namizəd statusunun dayandırılmasını, eləcə də ölkənin maliyyələşdirilməsinin nəzərdən keçirilməsini tələb ediblər. 

Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda, mayın 1-də isə ikinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilməlidir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930