Saakaşvili müxalifətə çağırış edib

17-04-2024, 17:07 103 dəfə baxılıb

 Gürcüstanın hazırda həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvili Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən müxalifət nümayəndələrinə çağırış edib.

“Azerinews.az” “İnterfaks”a istinadən xəbər verir ki, Saakaşvili bu haqda barəsində keçirilən növbəti məhkəmə prosesində danışıb.

Prosesə onlayn qoşulan sabiq prezident etirazçıları aksiyaları davam etdirməyə və etirazları bütün ölkəyə yaymağa çağırıb. 

“Güc yalnız birlikdədir. Əlbəttə, etirazlar davam etməli və bütün Gürcüstanı əhatə etməlidir. Nə qədər çox olarıqsa, bir o qədər tez qalib gələcəyik”, - deyə Saakaşvili qeyd edib. 

Xatırladaq ki, Gürcüstan parlamenti bu gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930