Ukraynada keçmiş administrasiya rəhbəri həbs edilib

8-05-2024, 19:00 137 dəfə baxılıb

 

Ukraynanın Dnepropetrovsk vilayət administrasiyasının keçmiş rəhbəri İqor Kolomoyski 2003-cü ildə törədilən qətlin sifarişində ittiham olunur.

"Azerinews.az" ın “Страна” nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, həmin ilin avqustunda “Днепроспецсталь” polad emalı müəssisəsi ətrafında yaranmış mübahisə zamanı vəkil Sergey Karpenko onun qeyri-qanuni tələbini yerinə yetirmədiyi üçün öldürülüb.

İrəli sürülən ittihamlar təsdiqlənsə, İ. Kolomoyskini ömürlük həbs cəzası gözləyir. Hazırda Kolomoyski istintaq altındadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031