Kamilin Ermənistanın sorğusu ilə tutulduğu təsdiqləndi

21-02-2024, 10:56 5 dəfə baxılıb

 

“Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq”.

“Azerinews.az” xəbər verir ki, bunu “Gununsesi.info”ya açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bu gün bəlli olacaq: “Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yollamışam. Hazırda onun yanındadır. Səfirlik üzərinə düşən hər şeyi edir”.

***

Polad Bülbüloğlu “Caliber”ə açıqlamasında Kamillə təmasda olduqlarını qeyd edib: ““Domodedovo” hava limanında Kamil Zeynallının saxlanılması bizə məlum olan kimi, Azərbaycanın Rusiyadakı Səfirliyinin konsulunu, eləcə də onun müavinini polis bölməsinə göndərdim. Onlar, həmçinin vəkilimiz Kamillə artıq görüşüb və onunla daim təmasdadırlar”.
Onun sözlərinə görə, Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılıb:  

"O, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”. 

Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930