Tokayev Roma Papası ilə görüşəcək

15-01-2024, 15:34 10 dəfə baxılıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar ayının 18-19 İtaliya Respublikasına və Vatikana rəsmi səfər edəcək.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, səfərin ilk günü Kasım-Jomart Tokayevin İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Corcia Meloni ilə danışıqları planlaşdırılır.

Dövlət başçısı "Qazaxıstan – İtaliya" investisiya dəyirmi masasında da iştirak edəcək və bir sıra İtaliya şirkətlərinin rəhbərliyi ilə görüşlər keçirəcək. Yanvarın 19 isə Vatikanda Qazaxıstan lideri Roma Papası Fransiskin ilə görüş keçirəcək.


Bundan əlavə, Prezident qida və kənd təsərrüfatı təşkilatının (FAO) və BMT-nin Ümumdünya ərzaq Proqramının (BFP) qərargahına baş çəkəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031