Pentaqon: İraq və Suriyadakı hərbi bazalarımız 27 dəfə hücuma məruz qalıb
İraq və Suriyada yerləşən ABŞ hərbi bazaları oktyabrın 17-dən indiyədək 27 dəfə hücuma məruz qalıb.
"Azerinews.az" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Oktyabrın 26-da özünümüdafiə məqsədilə endirdiyimiz zərbələrdən sonra hərbi bazalarımıza daha altı kiçikmiqyaslı hücum olub. Üçü İraqda, üçü Suriyada. Hazırda ümumilikdə 27 hücum qeydə alınır: oktyabrın 17-dən bu yana 16 hücum İraqda, 11 Suriyada”, – general qeyd edib.
O əlavə edib ki, son hücumlar zamanı itki olmayıb.