Ermənistanda itaətsizlik aksiyaları başlayıb

10-05-2024, 23:30 123 dəfə baxılıb

 Bu gün səhər saat 10:00-dan etibarən Ermənistanda itaətsizlik aksiyaları başlayıb.

"Azerinews.az" xəbər verir ki, “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan xalqı respublikanın hər yerində itaətsizliyə çağırır.

O, qrup halında müxtəlif universitetlərə baş çəkəcəklərini vurğulayıb. Hazırda İrəvanda Baqrat Qalstanyanın rəhbərliyi ilə ali təhsil müəssisələrinə doğru yürüş keçirilir.

Erməni keşiş, eyni zamanda, vətəndaşları bu gün saat 18:30-da Respublika meydanında keçiriləcək mitinqə dəvət edib.

Xatırladaq ki, Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesini dayandırmaq üçün Kirantsdan İrəvana yürüş ediblər.

Mayın 9-da yürüş iştirakçıları İrəvanın Respublika meydanına çatıb və burada böyük aksiya keçirilib. Hərəkatın lideri Baqrat Qalstanyan Baş naziri Nikol Paşinyana istefa vermək üçün bir saat vaxt versə də, lakin bu baş tutmayıb. Bundan sonra o, mayın 10-da bütün respublikada dinc itaətsizlik aksiyalarına başlamağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031