Lukaşenkonun qərarı Polşanı 400 milyon dollara yaxın zərərə saldı

13-05-2024, 12:27 102 dəfə baxılıb

 Polşa hökuməti ölkəni Belarusdan ayıran hasarın möhkəmləndirilməsi üçün 375 milyon dollardan (637,5 milyon manat) bir qədər çox vəsait ayıracaq.

Bu barədə Milli Müdafiə nazirinin müavini Sezari Tomçik jurnalistlərə bildirib.

“Hasara gəldikdə, bu, miqrasiya məsələsidir, hərbi konteksti yoxdur”, - deyə nazir müavini əlavə edib.

Tomçikin sözlərinə görə, təmirdən sonra istehkam “keçilməz” olacaq.

Polşa ilə sərhəddə miqrasiya böhranı 2021-ci ilin avqustunda Belarusun “Belavia” aviaşirkətinin Avropa İttifaqına uçuşları qadağan edildikdən sonra yaranıb. Daha sonra Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk bundan sonra qeyri-qanuni miqrasiyaya nəzarətdə kömək etməyəcək.

2024-cü ilin əvvəlindən Polşa hökuməti Belarusla sərhəddəki Belovejskaya Puşça ərazisində sərhədi qanunsuz keçməyə 4,5 mindən çox cəhd qeydə alıb.

Apreldə Lukaşenko Polşa ilə sərhəddə hasarın üstündən atılan miqrant cəsədləri barədə danışıb. Onun sözlərinə görə müəyyən sayda miqrant ora keçir, qarşı tərəf isə onların meyitlərini geri tullayır.

“Hasar çəkdilər - (cəsədləri) hasardan sərhədimizə atırlar. İndi qar əriyib - meyitlər üzə çıxıb, düz sərhəddə yığılıb”, - deyə Belarus prezidenti bildirib.

Mənbə: RBK






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930