Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edildi
Rusiya Müdafiə Nazirliyi Kadrlar Baş İdarəsinin müdiri Yuri Kuznetsov həbs olunub.
“Azerinews.az” TASS-a istinadən xəbər verir ki, o, xüsusilə böyük miqdarda rüşvət almaqda şübhəli bilinir.
Aparılan axtarışlar zamanı general-leytenant Kuznetsovdan 100 milyon rubldan çox pul götürülüb.
Xatırladaq ki, Kuznetsov bu vəzifəyə 2023-cü ilin mayında təyin edilmişdi.