Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir

14-05-2024, 20:30 59 dəfə baxılıb

 

Ukraynada Xarkov vilayətinin şimalından 7 mindən çox insan təxliyə edilib.

Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov məlumat verib.

Məlumata görə, Rusiya tərəfindən davamlı atəşə tutulması və ərazidə irəliləmək cəhdləri səbəbindən bölgədə əhalinin təxliyəsi davam edir.

“Düşmən Xarkov vilayətinin şimalında irəliləmək cəhdlərini dayandırmır. Yerli əhalinin təxliyəsi davam edir. Artıq Çuquyev, Xarkov və Boqoduxov rayonlarından 7 023 nəfər təxliyə edilib”, - deyə o, “Telegram” hesabında yazıb.

Mənbə: UNN






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930