Zelenski və Makron Xarkov istiqamətində vəziyyəti müzakirə edib

14-05-2024, 17:19 114 dəfə baxılıb

 Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

"Azerinews.az" xəbər verir ki, bu barədə Prezident Zelenski "X" hesabında bildirib.

Fransa Prezidentinin Sülh Sammitində iştirakını təsdiqlədiyini deyən Zelenski Sülh Formulunda xüsusilə də nüvə təhlükəsizliyi ilə bağlı məsələdə Fransanın vacib rol oynadığını qeyd edib: “Biz Qlobal Cənub ölkələrinin sammitdə iştiraka həvəsləndirilməsinin vacibliyini də müzakirə etdik və bu məsələ ilə bağlı mövqelərimizi razılaşdırdıq”.

Prezidentlər həmçinin cəbhədəki vəziyyəti də müzakirə ediblər: "Cəbhədəki vəziyyət, xüsusən Xarkov istiqamətində vəziyyəti hərtərəfli müzakirə etdik. Biz Ukraynanın müdafiə ehtiyaclarına, xüsusilə hava hücumundan müdafiə, artilleriya, uzaq mənzilli raketlər və döyüş sursatları barədə danışdıq.

Fransanın Ukraynaya güclü müdafiə yardımına görə Prezident Makrona təşəkkür etdim və onu yaxın gələcəkdə ölkəmizə səfərə dəvət etdim”, -Zelenski qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031