Gürcüstan prezidenti qalmaqallı qanuna veto qoyacaq

15-05-2024, 10:43 95 dəfə baxılıb

 

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi xarici təsirlər haqqında qanunla bağlı vetodan istifadə edəcəyini təsdiqləyib, lakin bunun simvolik jest olacağını etiraf edib.

“Hər halda heç bir illüziya yox idi. Onlar parlamentdə çoxluğa malikdirlər. Mən vetodan istifadə edirəm. Bu qanun simvolik olduğu kimi, bu da simvolik veto olacaq”, - o, CNN telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, prezidentin vetosunu aşmaq üçün parlamentdə 74 deputatın səsi kifayətdir. Hakim partiya isə qanunverici orqanda 86 mandata sahibdir.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930