Qəzzada İsrail ordusunun daha 5 hərbçisi ölüb

16-05-2024, 11:00 112 dəfə baxılıb

 

Qəzza sektorunun şimalındakı Cəbəliyə bölgəsində 5 İsrail hərbçisi həlak olub.

"Azerinews.az" "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

IDF-nin ilkin təhqiqatına əsasən, Cəbəliyə düşərgəsində tank axşam saat 19:00 radələrində hərbçilərin toplaşdıqları binaya səhvən iki mərmi atıb. İnsident nəticəsində 5 İsrail hərbçisi həlak olub, 3-ü ağır olmaqla 7 hərbçi yaralanıb. Əsgərlərin hamısı Paraşütçülər Briqadasının 202-ci Batalyonunda xidmət edib.

Qeyd olunub ki, tank qüvvələri binanın pəncərələrindən birindən tapança lüləsini müəyyən etdikdən sonra bunun HAMAS döyüşçüləri olduğunu zənn edərək binaya atəş açıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031