Slovakiyanın güllələnən baş nazirinin vəziyyəti AÇIQLANDI

16-05-2024, 11:12 128 dəfə baxılıb

 Slovakiyanın baş naziri Robert Fitsonun həyatı sui-qəsd cəhdindən sonra hələ də təhlükə altındadır.

Xatırladaq ki, Fitsoya hücum mayın 15-də hökumət iclasının keçirildiyi binadan çıxarkən baş verib. Cinayətkar bir neçə dəfə ona atəş açıb, nəticədə Slovakiyanın baş naziri ağır yaralanıb.

Məlum olub ki, atəş açan şəxs müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarı olan 71 yaşlı yazıçı Yuray Sintuladır.

Hadisədən sonra xəstəxanaya çatdırılan Fitsonun qarnından, sinəsindən və əlindən xəsarət aldığı bildirilib.

Mənbə: Markiza






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031