BMT sülhməramlısı Afrikada həlak olub

16-01-2024, 14:19 4 dəfə baxılıb


Kamerun kontingentindən olan BMT sülhməramlısı Mərkəzi Afrika Respublikasının şimal-qərbində öldürülüb.

Bu barədə BMT-nin Mərkəzi Afrika Respublikasındakı Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası (MINUSMA) məlumat yayıb.

“Mbindeyl kəndi ərazisində patrul zamanı partlayış baş verib. Bir sülhməramlı ölüb, daha beşi yaralanıb”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, MINUSMA 2014-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qərarı ilə yaradılıb. Onun vəzifəsi ilk növbədə ölkənin mülki əhalisini qorumaqdır.

Mənbə: TASS

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930