İraq Tehrandakı səfirini geri çağırıb

16-01-2024, 14:29 4 dəfə baxılıb


İraqın Xarici İşlər Nazirliyi İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

“azerinews.az” xəbər verir ki, bu barədə məlumatı İraq XİN öz teleqram kanalında yayıb. 

Məlumata görə, buna səbəb İraqın Ərbil şəhərinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən atəşə tutulması olub. 

Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbil şəhərinə endirdiyi zərbələr zamanı 4 nəfər ölüb, daha 6 nəfər yaralanıb. ABŞ mediasının məlumatına görə, hadisə zamanı ölkə vətəndaşları xəsarət almayıb. SEPAH isə açıqlamasında hücum zamanı anti-İran terror qruplaşmalarının bazalarının məhv edildiyini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930