Abdullahianın səlahiyyətlərini o icra edəcək

20-05-2024, 12:39 155 dəfə baxılıb

 

İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani xarici işlər nazirinin səlahiyyətlərini icra edən təyin edilib.

 "Azerinews.az" ın məlumatına görə, bu barədə IRNA agentliyi məlumat yayıb.

 Qeyd edək ki, ötən gün baş verən helikopter qəzası nəticəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da həlak olub.

 Abdullahian 1964-cü ildə İranın Damğan şəhərində anadan olub. O, Tehran Universitetində Beynəlxalq Münasibətlər üzrə fəlsəfə doktoru dərəcəsini yiyələnib. Ərəb və ingilis dilində sərbəst danışıb.Onun 20 ilə yaxın diplomatik təcrübəsi olub.

 Mərhum nazir əsasən, İranın Körfəz ölkələrində yerləşən səfirliklərində çalışıb və 2021-ci ildə İranın xarici işlər naziri təyin edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031